• Bakı 19° C

    12.66 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

İnterpolun axtardığı azərbaycanlı Monteneqroda saxlanıldı
DÜNYA
24 May 2025 | 14:57

İnterpolun axtardığı azərbaycanlı Monteneqroda saxlanıldı

Monteneqro Rusiyanın tələbi ilə dələduzluqda şübhəli bilinən azərbaycanlı vətəndaşı saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə ilə bağlı məlumatı Monteneqro Polis Departamenti və RTCG milli televiziyası yayıb.

Podqoritsa Beynəlxalq Hava Limanında Monteneqro sərhəd polisi Rusiyanın sorğusu əsasında İnterpol xətti ilə axtarışda olan 35 yaşlı Azərbaycan vətəndaşı G.T-ni saxlayıb.

O, Stavropol diyarının Pyatiqorsk məhkəməsi tərəfindən külli miqdarda dələduzluqda ittiham olunur və bu cinayət əməli üzrə 10 ilədək həbs cəzası tələb edilir.

Monteneqro tərəfi saxlanılan şəxsin qanunla nəzərdə tutulmuş müddət ərzində ekstradisiya həbsi barədə qərar qəbul etmək üçün Podqoritsa Ali Məhkəməsinin müstəntiq hakiminə təqdim olunacağını bildirib.


SON XƏBƏRLƏR