ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” platformasında etdiyi yeni paylaşımla İranla bağlı kritik bir razılaşmanı elan edib.
Bakıvaxtı.az xəbər verir ki, Tramp İranın Hörmüz boğazını tamamilə açdığını və strateji su yolundan bir daha silah kimi istifadə etməyəcəyini bildirib.
“İran Hörmüz boğazını bir daha heç vaxt bağlamamağa razılıq verdi. Bura artıq dünyaya qarşı bir silah kimi istifadə olunmayacaq!”, – deyə Prezident qeyd edib.
Qeyd edək ki, sözügedən razılaşma aprelin 11-də İslamabadda başlayan və Pakistanın vasitəçiliyi ilə keçirilən sülh danışıqlarının ən böyük nailiyyəti hesab olunur.
Bakı 












