• Bakı 23° C

    11.7 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Beer-Şeva şəhərində İran raketinin düşməsi nəticəsində dörd nəfər ölüb –  YENİLƏNİB
DÜNYA
24 Iyun 2025 | 09:15

Beer-Şeva şəhərində İran raketinin düşməsi nəticəsində dörd nəfər ölüb –  YENİLƏNİB

Beer-Şeva şəhərində İran raketinin düşməsi nəticəsində azı dörd nəfər ölüb 

İran raketi İsrailin cənubundakı Beer Şeva şəhərində yaşayış binasına düşüb.

Bakıvaxtı.az  xəbər verir ki, bu haqda İsrailin N12” telekanalı məlumat yayıb.

***

08:01

Zərbə nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.

Bu arada İsrail ordusunun vətəndaşlarına çağırışı davam edir:

“Bir müddət əvvəl İrandan İsrail ərazisinə doğru atılan raketlər müəyyən edilib. Müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün fəaliyyət göstərir. Komandanlığının göstərişlərinə əməl etməyə davam edin”.

İranın hücumunun gecə saatlarında İsrailin Tehranı atəşə tutmasına cavab olduğu ehtimal olunur. İsrailin Hərbi Hava Qüvvələri şəhərin bir neçə ərazisini bir anda vurub.


SON XƏBƏRLƏR

23 Iyun 2025