• Bakı 23° C

    11.7 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Rusiya Sumı vilayətini atəşə tutdu - 3 ölü, 6 yaralı

DÜNYA

24 Iyun 2025 | 09:09

Rusiya Sumı vilayətini atəşə tutdu - 3 ölü, 6 yaralı

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı vilayətini atəşə tutması nəticəsində 3 nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə vilayət polisi məlumat yayıb.

    "Gecə yarısı Rusiya hərbçiləri Sumı rayonunun Verxnesyrovatskaya icmasının kəndlərindən birinə PUA-larla irimiqyaslı hücum həyata keçirib. Hücum nəticəsində 3 dinc sakin həlak olub. Onların arasında 8 yaşlı uşaq evin dağıntıları altından çıxarılıb. Hadisə zamanı daha 6 nəfər xəsarət alıb ki, onlardan da üçü uşaq olub. Yaralılar xəstəxanaya yerləşdiriliblər, onlara lazımi yardım göstərilir”, - məlumatda deyilir.

    Hücum nəticəsində 30-a yaxın yaşayış binasına və 4 avtomobilə ziyan dəydiyi, ərazidə genişmiqyaslı yanğının başladığı qeyd edilir.


    SON XƏBƏRLƏR

    23 Iyun 2025