• Bakı 21° C

    7.69 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

RFO-2025: Ən yaxşı nəticə göstərən 10 məktəb açıqlanıb

CƏMİYYƏT

24 Iyun 2025 | 10:40

RFO-2025: Ən yaxşı nəticə göstərən 10 məktəb açıqlanıb

Bu gün keçirilən Respublika Fənn Olimpiadaları (RFO) 2025-in mükafatlandırma mərasimində ən yüksək nəticə göstərən məktəblərin siyahısı təqdim olunub. 

Bakıvaxtı.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə iştirakçılara ictimaiyyətə uğurlu nəticələr nümayiş etdirən məktəblər elan edilib.

Siyahıya liderlik edən Bakı şəhəri Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyi bu il 66 nəticə ilə birinci yerdə qərarlaşıb. Onu Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi (56 nəticə) və Gəncə şəhəri Fizika, Riyaziyyat və İnformatika təmayüllü lisey (33 nəticə) izləyir.

Ən yaxşı nəticə göstərən 10 məktəb bunlardır:

1. Bakı şəhəri Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyi – 66 nəticə
2. Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi – 56 nəticə
3. Gəncə şəhəri Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyi – 33 nəticə
4. Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyi – 17 nəticə
5. Bakı şəhəri Akad. Zərifə Əliyeva adına lisey – 12 nəticə
6. Sumqayıt şəhəri Təbii Elmlər təmayüllü gimnaziya və Şəki şəhəri Kimya-biologiya liseyi – hər biri 11 nəticə
7. Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəb – 9 nəticə
8. Şəki şəhəri Kimya-biologiya təmayüllü lisey – 9 nəticə
9. BDU nəzdində “Gənc istedadlar” liseyi – 7 nəticə
10. Sağlı Surra kənd Z. Əsgərov adına tam orta məktəb – 5 nəticə

Əli Hüseynov


SON XƏBƏRLƏR