Emin Əmrullayev “2022–2026-cı illər üzrə Xaricdə təhsil üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı çıxış edib.
Bakıvaxtı.az xəbər verir ki, nazir proqramın hazırkı mərhələdə uğurla davam etdiyini bildirib.
Emin Əmrullayev qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş proqram Azərbaycan gənclərinin dünya üzrə nüfuzlu ali təhsil müəssisələrində təhsil almasına geniş imkanlar yaradır:
“Məqsədimiz ölkəmizin insan kapitalını daha da gücləndirmək və gələcək üçün bilikli, bacarıqlı kadrlar yetişdirməkdir. Artıq proqram çərçivəsində bir çox gənc xarici universitetlərdə təhsil alır və bu, gələcəkdə ölkəyə yüksək ixtisaslı mütəxəssislərin qayıdışını təmin edəcək".
Əli Hüseynov