ABŞ-ın iki əsas kəşfiyyat agentliyinin rəhbərləri ABŞ-ın İranın nüvə obyektlərinə son zərbələr nəticəsində vurunlan zərərlə bağlı yeni kəşfiyyat məlumatları təqdim ediblər.
Bakıvaxtı.az xəbər verir ki, CBS News-un məlumatına görə, kəşfiyyat şefləri bildiriblər İranın nüvə proqramı çox güman ki, illərlə geri düşüb.
Kəşfiyyat rəhbərlərinin bəyanatları ABŞ prezidenti Donald Trampın Tehranın nüvə proqramının cəmi bir neçə ay geri çəkildiyi barədə irəli sürdüyü ilkin qiymətləndirmənin sızmasından sonra verilib.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff çərşənbə günü deyib ki, mötəbər kəşfiyyat məlumatlarının ağırlığı İranın nüvə proqramının son hədəf zərbələri nəticəsində ciddi şəkildə zədələndiyini göstərir.
“Bura İranın bir neçə əsas nüvə obyektinin məhv edildiyi və yenidən qurulmasının illər çəkəcəyi barədə etibarlı və dəqiq mənbədən əldə edilmiş yeni kəşfiyyat məlumatları daxildir”, - Ratkliff bildirib.
Öz növbəsində Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard X sosial media platformasında yazıb ki, “yeni kəşfiyyatməlumatı prezident Trampın dəfələrlə dediyini təsdiqləyir: İranın nüvə obyektləri məhv edilib”.
"İranlılar təkrar inşa etsələr, hər üç obyekti (Natanz, Fordo, İsfahan) tamamilə yenidən qurmalı olacaqlar ki, bu, çox güman ki, illər çəkəcək", - Qabbard bildirib.
Daha sonra bir kəşfiyyat rəsmisi CBS News-a Qabbardın paylaşdığı məlumatın ABŞ-ın yeni kəşfiyyat məlumatlarına əsaslandığını təsdiqləyib, lakin onun etibarlılıq dərəcəsini açıqlamaqdan imtina edib.
Lakin heç bir bəyanatda zərbələrdən sonra İranın nüvə silahının qalıq qabiliyyətinin nə qədər ola biləcəyinə dair bəzi suallara birbaşa cavab verilməyib.