• Bakı 23° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Yol qəzasında vəfat edən hərbi qulluqçu dəfn edilib
CƏMİYYƏT
26 Iyun 2025 | 15:25

Yol qəzasında vəfat edən hərbi qulluqçu dəfn edilib

İyunun 25-də bədbəxt hadisə nəticəsində dünyasını dəyişən hərbi qulluqçu Sadiq Əsgərov dəfn olunub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu, Zaqatala rayonu Qımır kənd sakini 39 yaşlı gizir Sadiq Əsgərov bir qədər əvvəl doğulub boya-başa çatdığı Qımır kənd qəbiristanlığında dəfn edilib.

Hərbi qulluqçunun dəfn mərasimində onun xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, Zaqatala rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin üzvləri və mərhumun yaxınları iştirak ediblər.

Qeyd edək ki, gizir Sadiq Əsgərov dünən Daşkəsən rayonu ərazisində bədbəxt hadisə zamanı dünyasını dəyişib. Belə ki, onun olduğu hərbi hissənin avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxaraq yol kənarındakı qaya daşlarına çırpılıb. Bu zaman Sadiq Əsgərov özünü avtomobildən yerə atıb. Nəticədə o, aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Sadiq Əsgərov ailəli olub, 3 uşaq atası idi.


SON XƏBƏRLƏR