• Bakı 23° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Qarabağda avtomat meteoroloji stansiyaları quraşdırılacaq
İQTİSADİYYAT
26 Iyun 2025 | 15:12

Qarabağda avtomat meteoroloji stansiyaları quraşdırılacaq

İşğaldan azad edilmiş ərazilərdə atmosfer proseslərinin izlənilməsi məqsədilə avtomat meteoroloji stansiyaları quraşdırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti “Turnkey Pro Solutions” MMC ilə müqavilə imzalayıb.

Qurumun elan etdiyi açıq tenderin ilkin ehtimal olunan qiyməti 376 min 908 manat olsa da, tərəflər 296 min 86 manata razılaşıblar.

Müqavilə ilə bağlı işlərə iyunun 21-də başlanılıb, dekabrın 30-da tamamlanması nəzərdə tutulur.


SON XƏBƏRLƏR