İranın İsrailə səhər hücumunun hədəfləri bioloji tədqiqat mərkəzi, Ben Qurion hava limanı və müxtəlif səviyyələrdəki komanda və idarəetmə mərkəzləri olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə SEPAH-dan məlumat verilib.
Bildirilib ki, səhər hücumu “Doğru vəd-3” əməliyyatının iyirminci dalğası idi.
Qeyd edək ki, bu gün İranın İsrailə raket zərbələri nəticəsində 16 mülki sakin yaralanıb.