• Bakı 21° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

İtaliyada mindən çox insan təxliyə olundu
DÜNYA
20 Sentyabr 2024 | 00:30

İtaliyada mindən çox insan təxliyə olundu

İtaliyanın şimalındakı Emiliya-Romaniya regionunda leysan yağışın səbəb olduğu daşqın nəticəsində mindən çox insan evlərindən təxliyə edilib.

Bakıvaxtı.az xəbər verir ki, Cənubi Avropaya yönələn “Boris” qasırğası səbəbindən bölgəyə 48 saat aramsız yağış yağıb. Daşqın nəticəsində evləri su basıb, yollar və küçələr su altında qalıb, qatarların hərəkəti dayandırılıb. Mülki müdafiə qüvvələri 500-dən çox xilasetmə əməliyyatı həyata keçiriblər.

İki nəfərin itkin düşdüyü bildirilir. Bəzi bölgələrdə təhsil müəssisələrində tədris dayandırılıb.


SON XƏBƏRLƏR

19 Sentyabr 2024