• Bakı 22° C

    16.13 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

İyunda boğulma ilə bağlı 6 müraciət daxil olub
CƏMİYYƏT
03 Iyul 2025 | 09:11

İyunda boğulma ilə bağlı 6 müraciət daxil olub

İyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərində yerləşən çimərliklərdən - Şıxov, Bilgəh, Buzovna və Pirşağıda baş verən sudaboğulma hadisələri ilə bağlı 6 müraciət daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB məlumat verib.

    Daxil olan çağırışlar əsasında təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb olunub.

    Hadisələr nəticəsində Bakı şəhəri üzrə 2 nəfər (1-i qadın, 1-i kişi cinsli olmaqla) sudaboğulma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub. 1 nəfərə isə (kişi cinsli) yerində tibbi yardım göstərilib.

    Ümumilikdə, 3 (kişi cinsli) şəxsin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

    Regionlar üzrə - Saatlı, Astara və Lənkəran rayonlarından müraciətlər daxil olub. Müracitlər üzrə 2023-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

    3 nəfərin (kişi cinsli) isə sudaboğma nəticəsində həkiməqədər ölüm faktı qeydə alınıb.


    SON XƏBƏRLƏR