Ermənistan parlamentində təmsil olunan “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan hakimiyyəti seçkilərdə saxtakarlıqda ittiham edib və iqtidarla münasibətlərə dair mövqeyini açıqlayıb.
Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, Karapetyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən fraksiyanın parlament sədri postuna namizəd irəli sürməməsinin səbəbini izah edib.
O bildirib ki, fraksiya hakimiyyətlə yalnız ölkənin maraqlarına xidmət edən məsələlər üzrə əməkdaşlığa hazırdır.
“58 min səsi saxtalaşdırmış, gecə saat 2-də səslərin sayılmasını dayandırmış qüvvə ilə konstruktiv əməkdaşlıq anlayışı nisbidir. Amma ölkənin xeyrinə faydalı təklif irəli sürülərsə, onu müzakirə edəcəyik”, – deyə Karapetyan bildirib.
Fraksiya rəhbəri həmçinin qeyd edib ki, parlamentə ilk dəfə seçilən deputatlar qanunverici orqanın nüfuzunu artırmaq və ölkədə keyfiyyətcə yeni siyasi mühit formalaşdırmaq niyyətindədirlər.
Katolikos II Qareginin parlamentin ilk iclasına dəvət olunmaması ilə bağlı suala cavab verən Karapetyan isə bildirib ki, fraksiyanın bu məsələ ilə bağlı mövqeyi iclasın gedişində bəlli olacaq.
Bakı 











