• Bakı 20° C

    5.06 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

TƏBİB Kürdəmirdəki ağır qəza ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB
HADİSƏ
22 Sentyabr 2024 | 00:33

TƏBİB Kürdəmirdəki ağır qəza ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı məlumat yayıb.

TƏBİB-dən Bakıvaxtı.az-a bildirilib ki, hadisə nəticəsində xəsarət alan altı nəfər (dörd kişi, iki qadın) saat 14:30-da Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan biri, 1980-ci il təvəllüdlü kişi sağ baldır sümüyünün orta 1/3 hissəsinin açıq yerdəyişmiş sınığı diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə qəbul olunub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

15:55

Kürdəmirdə baş verən ağır qəzada xəsarət alanların sayı 7-yə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, xəsarət alan şəxslər aşağıdakılardır:

- 1957-ci il təvəllüdlü Hüseynova Həqiqət Abdulhəmid qızı,

- 2004-cü il təvəllüdlü Məmmədova Zərifə Zahid qızı,

- 1980-ci il təvəllüdlü Bəşirov Ramal Vaqif oğlu,

- 1991-ci il təvəllüdlü Hüseynov Vasif Hüseyn oğlu,

- 1978-ci il təvəllüdlü Məmmədova Ziyafət Zəkəriyyə qızı,

- 1999-cu il təvəllüdlü Rəfiyev Sübhan Şahin oğlu,

- 1952-ci il təvəllüdlü Allahverdiyev Teyyub Nurəddin oğludur.

 

***

Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı mikroavtobus Gəncə istiqamətində hərəkətdə olarkən əks istiqamətdə hərəkət edən "VAZ 2107" markalı avtomobillə çırpılıb.

Nəticədə hər iki avtomobildə olan sərnişinlər və VAZ-ın sürücüsü ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

21 Sentyabr 2024