• Bakı C

    6.25 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Messinin illik maaşı 
İDMAN
07 Mart 2026 | 22:41

Messinin illik maaşı 

“İnter Mayami”nin sahibi Xorxe Mas klubunun hücumçusu Lionel Messi haqqında danışıb.

Bakıvaxtı.az xəbər verir ki, o, klubun sponsorluq müqavilələrinə ehtiyacını izah edib.

“Sponsorlara - və dünya səviyyəli sponsorlara - ehtiyacımın səbəbi oyunçuların baha olmasıdır. Messiyə ildə 60-70 milyon avro ödəyirəm. Bütün bonusları da əlavə etsək. Amma o, hər sentinə dəyər”, - deyə “A Bola” qəzeti Masdan sitat gətirib.

Argentinalı ulduz dünyada “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldudan sonra ikinci ən çox maaş alan futbolçudur.

Messi 2023-cü ildə “İnter Mayami”yə qoşulub və o vaxtdan bəri 90 matçda meydana çıxıb və Florida klubu üçün 79 qol vurub./Unikal 


SON XƏBƏRLƏR

07 Mart 2026