• Bakı 24° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Mirziyoyev: Nəqliyyat dəhlizlərinin inkişafı biznes üçün əlverişli şərait yaradacaq
İQTİSADİYYAT
22 Avqust 2025 | 19:11

Mirziyoyev: Nəqliyyat dəhlizlərinin inkişafı biznes üçün əlverişli şərait yaradacaq

"Danışıqlar zamanı nəqliyyat dəhlizlərinin inkişafı, o cümlədən Türkmənbaşı və Bakı limanlarının imkanlarından səmərəli istifadə, birgə logistika infrastrukturunun formalaşması məsələlərinə xüsusi diqqət yetirdik".

Bakıvaxtı.az xəbər verir ki, bu fikri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün yekunlarına dair bəyanatında səsləndirib.

Özbəkistan Prezidenti bildirib ki, görüş zamanı milli nəqliyyat sistemlərinin inteqrasiyasının dərinləşdirilməsi məqsədilə regionda fəaliyyətdə olan və perspektivli marşrutların birləşdirilməsi planları ətraflı müzakirə edilib:

"Özbəkistan bu sahədə əlaqələndirilmiş siyasətin həyata keçirilməsinin tərəfdarıdır. Bu, ilk növbədə, tarif siyasəti və beynəlxalq bazarlara çıxış zamanı biznes üçün əlverişli şəraitin yaradılması məsələlərinə aiddir. Biz logistika infrastrukturunun inkişafı layihələri üzərində birgə iş aparılması və Xəzər dənizi vasitəsilə bərə daşımaları üzrə razılığa gəldik".


SON XƏBƏRLƏR