Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan səfirliyinə məxsus avtomobil qəzaya düşüb.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, 7 mart tarixində təqribən saat 17:00 radələrində Moskva şəhərində yerləşən Columbus ticarət mərkəzindən əsas yola çıxarkən gözləmə nişanının tələblərinə baxılmamış və bu zaman əsas yol ilə gələn avtomobil səfirliyin diplomatik nömrəli avtomobilini arxadan vurub.
Beləliklə avtomobil inersiya nəticəsində Prajskaya metrosunun çıxışının giriş qapılarının birinə dəyib. Döngə ilə metronun çıxışı arasında məsafənin az olması səbəbindən avtomobil qapıya çırpılıb.
Baş vermiş hadisə zamanı heç bir şəxs xəsarət almayıb. Avtomobili diplomatın həyat yoldaşı idarə edib.
Bakı 



jpeg-1772911030.jpeg)








