• Bakı 27° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

“Münaqişə çıxılmaz vəziyyətdədir”
DÜNYA
03 Avqust 2026 | 20:01

“Münaqişə çıxılmaz vəziyyətdədir”

“40 günlük əməliyyatın müddətinin bitməsinə baxmayaraq, Ukrayna Rusiyaya zərbələr endirməkdə davam edəcək”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov TSN-ə müsahibəsində bildirib.

“Davam edəcəyik. Bu arqumentlərə çox fikir verməyin: 40 gün, 100 gün, 15 gün... Əsas olan nəticədir. Bu prosesə necə başlamağımız o qədər də vacib deyil. Əsas odur ki, biz oradan nə vaxt çıxacağıq. Çünki münaqişə çıxılmaz vəziyyətə düşüb. Hazırda müəyyən döyüş əməliyyatları davam etsə də, bunlar cəbhə xəttindəki ümumi vəziyyəti dəyişmir”, – deyə Budanov qeyd edib.

Xatırladaq ki, iyunun 25-də Ukrayna Prezidenti Volodimir Zelenski Moskvanı Kiyevlə danışıqlara “təşviq etmək” məqsədi daşıyan 40 günlük əməliyyatın başladığını elan etmişdi. Avqustun 3-də isə Ukrayna liderinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Zelenskinin Rusiyaya üç atəşkəs variantı təklif etdiyini bildirib. Həmin gün Zelenski Ukraynanın münaqişəni qış başlanana qədər bitirməyə çalışacağını bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR