• Bakı 27° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Münaqişə zamanı həm İran, həm də İsrail vurulub
DÜNYA
27 Iyun 2025 | 23:00

"Münaqişə zamanı həm İran, həm də İsrail vurulub"

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Yaxın Şərqdəki silahlı münaqişə zamanı həm İran, həm də İsrail vurulub.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.

"Onlar tükəniblər. Mən onların hər ikisi ilə məşğul olmuşam. Bu ölkələrin hər ikisi də münaqişənin həllini istəyirdi" - Tramp deyib.

Eyni zamanda o, uranın zənginləşdirilməsinin təhlükəli səviyyələri ilə bağlı məlumatlar ortaya çıxacağı təqdirdə İrana yeni zərbələr endirəcəyini istisna etməyib.

"Əlbəttə, şübhəsiz, mütləq", - kəşfiyyatın uranın zənginləşdirilməsi barədə nəticə çıxaracağı təqdirdə ABŞ-nin İrana zərbə endirməsi ehtimalı ilə bağlı suala Tramp deyib.


SON XƏBƏRLƏR

15 Iyul 2025