• Bakı 12° C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.7932

    RUB - 0.0173

Murad Adıgözəlzadənin köməkçisi ev dustaqlığına buraxıldı
HADİSƏ
14 Noyabr 2024 | 12:22

Murad Adıgözəlzadənin köməkçisi ev dustaqlığına buraxıldı

Dörd ay əvvəl korrupsiya əməliyyatı ilə bağlı həbs edilən Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşı Rəşad Məmmədov ev dustaqlığına buraxılıb.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmə təqsirləndirilən şəxsin vəkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqda vəsatətini əsaslı hesab edib.

R.Əliyevin bəlli yaşayış yerinin olması, istintaqdan yayınmaq fikrinin real görünməməsi qətimkan tədbirinin dəyişməsi üçün əsaslar hesab edilib.

Qeyd edək ki, Filarmoniyanın direktoru Murad Adıgözəlzadənin köməkçisi olan Rəşad Məmmədov 70 min manat rüşvət almaqda ittiham olunur. İş üzrə ibtidai istintaq davam edir.


SON XƏBƏRLƏR