• Bakı 17° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Nazir müavini: Mədəniyyət müəssisələri Heydər Əliyevin təşəbbüsü ilə yenidən qurulub
CƏMİYYƏT
08 May 2025 | 15:47

Nazir müavini: Mədəniyyət müəssisələri Heydər Əliyevin təşəbbüsü ilə yenidən qurulub

“Sovetlər dönəmində Azərbaycan SSR-in rəhbəri olduğu illərdə Heydər Əliyev mədəniyyət sahəsini strateji inkişaf istiqaməti kimi müəyyənləşdirib”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Beynəlxalq Muğam Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” konfransında çıxışı zamanı mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib.

O qeyd edib ki, Ulu Öndərin təşəbbüsü ilə mədəniyyət müəssisələri yenidən qurulub:

“Sənət xadimlərinin fəaliyyəti dövlət səviyyəsində yüksək qiymətləndirilib. Onların yaradıcılıq imkanları genişləndirilib”.

“Mədəniyyəti dövlətçiliyin təməl daşlarından biri hesab edən Heydər Əliyev yaxşı bilirdi ki, xalqın milli kimliyini, yaddaşını yaşadan əsas töhfə mədəniyyətdir”, – deyə S.Yusifova vurğulayıb.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR