• Bakı 18° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Tokayev Venesueladan olan həmkarı ilə görüşüb
DÜNYA
08 May 2025 | 19:14

Tokayev Venesueladan olan həmkarı ilə görüşüb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Moskvada Venesueladan olan həmkarı Nikolas Maduro ilə görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı Tokayev Venesuelanı mühüm tərəfdaş kimi gördüyünü vurğulayıb.

Eyni zamanda o, obyektiv səbəblərə görə bu günə qədər ikitərəfli əməkdaşlıqda əhəmiyyətli nailiyyətlərin əldə olunmadığını qeyd edib.

Tokayev Maduronu qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi perspektivlərinin müzakirəsi üçün Qazaxıstana rəsmi səfərə dəvət edib. 

Məlumata görə, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirəsi zamanı xüsusilə energetika sahəsinə diqqət yetirilib.

Görüşün yekununda iki ölkə arasında konkret inkişaf nöqtələrinin müəyyənləşdirilməsi məqsədilə prioritet ixrac məhsullarının siyahılarının hazırlanması və mübadiləsi barədə razılıq əldə olunub.


SON XƏBƏRLƏR