Xəbər verildiyi kimi, Kardinal Robert Frensis Prevo yeni Roma Papası oldu və o, XIV Leo adını götürdü. Bu, tarixdə ABŞ-dan olan ilk Papadır.
Bakıvaxtı.az yeni Papanın dosyesini təqdim edir:
- 1955-ci ildə Çikaqoda anadan olub;
- Kanon hüququ elmləri doktoru, Müqəddəs Tomas Aquinas Papa Universitetinin (Angelicum) məzunu;
- 30 ildən çox Peruda xidmət edib: seminariyada dərs deyib, kilsələrlə işləyib və daha sonra yepiskop olub;
- 2001-2013-cü illərdə Avqustin ordeninə rəhbərlik edib;
- 2023-cü ildən Vatikan Yepiskoplar Dikastriyasının rəhbəri və Roma Kuriyasının ən nüfuzlu kardinallarından biri;
- O, islahatların tərəfdarı və mülayim kurs, Fransisk xəttinin davamçısı kimi tanınır.