• Bakı 21° C

    11.01 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Nəriman Həsənzadə ilə bağlı AÇIQLAMA
CƏMİYYƏT
01 Iyun 2026 | 13:25

Nəriman Həsənzadə ilə bağlı AÇIQLAMA

“Xalq şairi Nəriman Həsənzadənin səhhəti yaxşıdır, yaradıcılıqla məşğuldur”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında şairin köməkçisi Arif Mehmandost məlumat verib.

O bildirib ki, dörd aya yaxındır, Xalq şairini ziyarətə gələn olmayıb:

“Müalicəsi evdə davam etdirilir, ümumi vəziyyəti yaxşıdır. Arada kiçik şeirlər də olsa, yazır. Sonuncu dəfə ziyarətinə ad günündə gəliblər. Ondan sonra ziyarət edən yoxdur. Mədəniyyət nazirimiz cənab Adil bəy sağ olsun, maraqlanır”.

A.Mehmandost “Milli Məclisin Mədəniyyət komitəsindən əlaqə saxlanılırmı” sualına isə belə cavab verib:

“Bəli, Milli Məclisdən əlaqə saxlayırlar. Sabir Rüstəmxanlı da maraqlanır”.


SON XƏBƏRLƏR

31 May 2026