Palau Respublikasının Prezidenti Surangel Samuel Vips noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı səhiyyə nazirinin müavini Nadir Zeynalov və digər rəsmi şəxslər qarşılayıblar.