• Bakı 26° C

    14.25 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

PSJ “Bavariya”nı məğlub edərək yarımfinala yüksəldi
İDMAN
05 Iyul 2025 | 23:25

PSJ “Bavariya”nı məğlub edərək yarımfinala yüksəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, 1/4 final mərhələsində Fransanın PSJ və Almaniyanın “Bavariya” kollektivləri üz-üzə gəlib.

İki cavabsız qolla qalib gələn Paris təmsilçisi yarımfinala adlayıb.

İlk hissənin sonlarında Almaniya klubunun futbolçusu Camal Musiala ağır zədə alıb. PSJ-nin qapıçısı Canluici Donnarumma ilə toqquşan yarımmüdafiəçinin qıçı sınıb.

Matçın taleyi ikinci hissədə həll olunub. Qolları 78-ci dəqiqədə Desire Due, 90+7-ci dəqiqədə isə Osman Dembele vurublar.

Komanda bu raundda "Real Madrid" (İspaniya) - "Borussiya Dortmund” (Almaniya) cütünün qalibini sınağa çəkəcək.


SON XƏBƏRLƏR

05 Iyul 2025