Rusiya prezidenti Vladimir Putin nəvələri haqda danışıb.
Bakıvaxtı.az xəbər verir ki, Putin Pavel Zarubinə müsahibəsində deyib ki, nəvələri sərbəst şəkildə Kremlə gələ bilərlər, lakin onlar səfərləri barədə əvvəlcədən xəbərdarlıq edirlər.
Putinin sözlərinə görə, yaxınları onun işinin xüsusiyyətlərini başa düşürlər.
“Məni əvvəlcədən xəbərdar etməyə çalışırlar, soruşurlar ki, nə vaxt onları görmək üçün hansısa “pəncərə” olacaq?”, - deyə Putin bildirib.
Zarubin Rusiya prezidentinin nəvələrinə qarşı sərt olub-olmadığını soruşduqda o, mənfi cavab verib.
Qeyd edək ki, Vladimir Putin 1983-cü ildən Lyudmila Putina ilə evlidir. Onların iki qızı var: Mariya və Yekaterina. 2013-cü ildə prezident və həyat yoldaşı boşandıqlarını elan etdilər. Lyudmila Putina bildirib ki, onlar dövlət başçısının işləri səbəbindən və bir-birlərini görmədiklərindən nikahlarını pozublar.
2017-ci ildə canlı yayımda Putin ikinci dəfə baba olduğunu demişdi. O, nəvələrinin “narahat edilməsindən” qorxaraq onların adını çəkməyib.