• Bakı 28° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Qubada maşın aşıb, 4 nəfər xəsarət alıb -YENİLƏNİB
CƏMİYYƏT
03 Avqust 2026 | 13:39

Qubada maşın aşıb,4 nəfər xəsarət alıb -YENİLƏNİB

Qubada baş verən yol qəzası ilə əlaqədar xəsarət alan 4 nəfər avqustun 3-də saat 08:20 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin səthi travmaları, sağtərəfli qabırğaların sınığı və başın sağ payının yumşaq toxumalarının hematoması diaqnozları təyin edilib.

    Xəsarət alanlardan 1968-ci il təvəllüdlü şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

    Digər 3 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.

    ***

    13:02

    Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Bakıvaxtı.az-ın məlumatına görə, qəza Quba–Qonaqkənd avtomobil yolunun Püstəqasım kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

      İlkin məlumata əsasən, UAZ markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

      Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

      Faktla bağlı araşdırma aparılır.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      02 Avqust 2026