• Bakı 21° C

    11.01 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Rusiya aviasiya kerosininin ixracını dayandırıb
DÜNYA
01 Iyun 2026 | 12:58

Rusiya aviasiya kerosininin ixracını dayandırıb

Rusiya aviasiya kerosininin ixracını dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, müvəqqəti qadağa 1 iyundan 30 noyabr 2026-cı ilə qədər tətbiq edilib.

Hökumət qərarını daxili yanacaq bazarında sabitliyi qorumaq üçün bir vasitə kimi izah edib.

Bildirilib ki, məhdudiyyətlər təyyarə çənlərindəki aviasiya yanacağına, artıq göndərilmək üçün rəsmiləşdirilmiş partiyalara və ya hökumətlərarası müqavilələr çərçivəsində təchizata şamil olunmayacaq.

"Hazırda aviasiya kerosini ilə bağlı heç bir çatışmazlıq yoxdur. Hər hansı bir vəziyyətdə fəaliyyətimiz Rusiya aviaşirkətlərinin maraqlarını təmin etməyə yönəlib", - nəqliyyat naziri Andrey Nikitin vurğulayıb.


SON XƏBƏRLƏR

31 May 2026