Qəzza üzrə Sülh Şurasının xüsusi nümayəndəsi Nikolay Mladenov və baş müşaviri Arye Laytstoun İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist Barak Ravid "X" sosial şəbəkəsində mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Mladenov və Laytstoun Netanyahuya xatırladıblar ki, İsrail ABŞ Prezidenti Donald Trampın təklif etdiyi 20 bəndlik plana uyğun olaraq Qəzza zolağına zərbələri dayandırmaqla bağlı öhdəlik götürüb.
Bakı 











