• Bakı 23° C

    0.52 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Sumı vilayətindən təxminən 35 min nəfərin təxliyəsi planlaşdırılır
DÜNYA
09 Iyun 2025 | 18:40

Sumı vilayətindən təxminən 35 min nəfərin təxliyəsi planlaşdırılır

Ötən həftə Ukraynanın Sumı vilayətinin yaşayış məntəqələrindən 897 nəfər, o cümlədən 137 uşaq təxliyə edilib.

Bakıvaxtı.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə vilayət polisi məlumat verib.

Hazırda vilayətdən təxliyə edilməli olan əhalinin ümumi sayı 34,7 mini keçir.

Hazırda beş kilometrlik sərhəd zonasındakı 59 yaşayış məntəqəsinin bütün sakinləri təxliyə edilib. Eyni zamanda, Sumı şəhərindən təxliyə elan edilməyib, insanlar şəhəri öz istəkləri ilə tərk edirlər.


SON XƏBƏRLƏR