ABŞ-nin Texas ştatının şimal hissəsində güclü qasırğa nəticəsində 160 mindən çox sakin işıqsız qalıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Məlumata görə, küləyin sürəti saniyədə 35 metrə çatıb. Qasırğa nəticəsində onlarla elektrik xətti qırılıb və şəhərin infrastruktur obyektlərinə ziyan dəyib.
Proqnozlara görə, Texasda əlverişsiz hava şəraiti bütün həftə boyu davam edəcək, həmçinin qasırğa digər ştatlara da keçə bilər - Luiziana, Missisipi, Alabama, Corciya və Tennesi risk altındadır. Bundan əlavə, Kentukki ştatının şərqində, Qərbi Virciniyada, Merilendin qərbində, Ohayonun şərqində və Nyu-Yorkun cənub-qərbində güclü külək və dolu gözlənilir.