• Bakı 21° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

Türkiyə bunlarsız inkişaf edə bilməz - Rusiyalı nazir
DÜNYA
19 Iyun 2025 | 20:05

Türkiyə bunlarsız inkişaf edə bilməz - Rusiyalı nazir

Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Türkiyənin energetika naziri Alparslan Bayraqdarla neft, qaz, kömür, elektrik enerjisi və atom sahələrində əməkdaşlığı müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Söhbət qaz habının yaradılması, Rusiyanın enerji resurslarının Türkiyə bazarına tədarük şərtləri, "Akkuyu" AES-in tikintisindən gedib", - məlumatda qeyd olunub.

"Türkiyə iqtisadiyyatının hərəkətverici qüvvəsi olan sənaye enerji resurslarının sabit tədarükü və elektrik enerjisi istehsalı olmadan inkişaf edə bilməz. Rusiya Türkiyə bazarına neft, qaz və digər təbii sərvətlərin etibarlı tədarükçüsü olub və olaraq qalır", - A.Novak bildirib.


SON XƏBƏRLƏR

19 Iyun 2025