• Bakı 17° C

    0.99 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Türkiyədə 3 yaşlı uşağın qida borusundan 19 maqnit çıxarıldı
DÜNYA
05 Oktyabr 2025 | 23:00

Türkiyədə 3 yaşlı uşağın qida borusundan 19 maqnit çıxarıldı

Türkiyənin Elazığ vilayətində 3 yaşlı uşağın qida borusundan 19 ədəd maqnit çıxarılıb.

Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, evdə oynayarkən uşağın halı qəfil pisləşib.

Ailəsi onu təcili yardımla Ərzurum Şəhər Xəstəxanasına aparıb.

İlkin müayinədən sonra uşaq təcili yardım helikopteri ilə Elazığdakı Fırat Universitetinin (FÜ) Xəstəxanasına təxliyə olunub.

Müayinələr nəticəsində məlum olub ki, maqnitlər uşağın qida borusuna yapışıb və onu müəyyən qədər zədələyib.

Bundan sonra azyaşlı təcili əməliyyat edilib.

Səhər saatlarında uşağın ümumi vəziyyəti yaxşı olduğundan evə buraxılıb./Qafqazinfo


SON XƏBƏRLƏR

05 Oktyabr 2025
04 Oktyabr 2025