• Bakı 12° C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.7932

    RUB - 0.0173

Türkiyədə toyuq yumurtası istehsalı artıb
İQTİSADİYYAT
14 Noyabr 2024 | 12:08

Türkiyədə toyuq yumurtası istehsalı artıb

Türkiyədə sentyabr ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə toyuq yumurtası istehsalı 4,1 faiz, kəsilən toyuqların sayı 10 faiz, toyuq əti istehsalı isə 11,8 faiz artıb.

Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki,  bu, Türkiyə Statistika Təşkilatının (TÜİK) hesabatında yer alıb.

Hesabata əsasən, bu ilin sentyabr ayında toyuq əti istehsalı 214 116 ton, toyuq yumurtası istehsalı isə 1,83 milyard ədəd olub.

Həmçinin hinduşka əti istehsalı 16,7 faiz artıb. 

Gülşən Şərif


SON XƏBƏRLƏR