• Bakı 23° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Ukraynalı məşhur futbolçu növbəti mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayıb
İDMAN
26 Iyun 2025 | 14:27

Ukraynalı məşhur futbolçu növbəti mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayıb

Ukraynanın "Dinamo" (Kiyev) klubunun futbolçusu Andrey Yarmolenko 2025/2026 mövsümünün sonunda karyerasını başa vuracaq.

Bakıvaxtı.az-ın məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi bu barədə yerli mətbuata açıqlamasında bildirib.

Qeyd edək ki, Yarmolenko Almaniyada "Borussiya", İngiltərədə "Vest Hem" kimi klubların da formasını geyinib. O, Ukrayna millisində 125 matçda 46 qola imza atıb.


SON XƏBƏRLƏR