• Bakı 25° C

    7.43 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

Zakir Həsənovla Məhəmməd Baqeri arasında telefon danışığı oldu
CƏMİYYƏT
13 Sentyabr 2023 | 15:49

Zakir Həsənovla Məhəmməd Baqeri arasında telefon danışığı oldu

Sentyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.

Nazirlikdən Bakıvaxtı.az-a verilən xəbərə görə, tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

General-leytenant M.H.Baqeri öz növbəsində bəzi qüvvələrin ölkələrimiz arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirmək məqsədilə guya İranın Azərbaycanla sərhədə canlı qüvvə və hərbi texnika toplaması, müxtəlif təlimlər həyata keçirməsi ilə bağlı yaydıqları yalan məlumatların heç bir real əsası olmadığını vurğulayıb.

Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.


SON XƏBƏRLƏR

19 Iyun 2025