• Bakı 25° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

Qrossi: İran nüvə bombası hazırlamırdı
DÜNYA
20 Iyun 2025 | 09:18

Qrossi: İran nüvə bombası hazırlamırdı

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (BAEA) baş direktoru Rafael Qrossi hesab edir ki, İsrailin hücumları başlayan zaman İran nüvə bombası yaratmaqla məşğul olmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, “La Nacion” qəzetinə müsahibəsində bildirib.

“Hazırkı cavab "xeyr"dir. Lakin onun buna aparan bir çox elementləri var idi”, – Qrossi “İran nüvə bombası hazırlayırdımı?” sualına cavab verib.

Qrossi həmçinin İranın nüvə bombası hazırlaması üçün nə qədər vaxt lazım ola biləcəyi barədə spekulyasiyalardan çəkinməyi tövsiyə edib. “Xronoloji məsələlərə böyük ehtiyatla yanaşmaq lazımdır. Hamımız İraqın silahdan istifadə etməsi üçün 45 dəqiqə lazım olduğu barədə faciəvi bəyanatları xatırlayırıq...”, – qurum başçısı vurğulayıb.


SON XƏBƏRLƏR