• Bakı 23° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

ABŞ: Gürcüstan hökuməti ölkəni xalqın istədiyi gələcəkdən uzaqlaşdırır
DÜNYA
20 Iyun 2025 | 13:46

ABŞ: Gürcüstan hökuməti ölkəni xalqın istədiyi gələcəkdən uzaqlaşdırır

"ABŞ-Gürcüstan münasibətləri ortaq dəyərlər və maraqlara əsaslanır, lakin Gürcüstanın hazırkı hökuməti bu prinsipləri dəfələrlə inkar edib".

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, Respublikaçı senator Cim Rişi deyib.

O, bildirib ki, Gürcüstan hökuməti ölkəni xalqın arzuladığı gələcəkdən uzaqlaşdırmaqda və bunun əvəzinə birpartiyalı totalitar dövlət modelinə yaxınlaşdırmaqda ittiham edib.

""Gürcü Arzusu" hökumətinin məhkəmə sistemini siyasi opponentlərə qarşı silah kimi istifadə etməsi tamamilə qəbuledilməzdir. Hazırkı hökumət ABŞ ilə birgə dəyərləri inkar edərək narahatedici şəkildə Çin və Rusiyanın avtoritar idarəetmə modelinə doğru yönəlir", – deyə Rişi vurğulayıb. 

Gülşən Şərif


SON XƏBƏRLƏR