• Bakı 18° C

    6.68 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.0859

Zelenski: Rusiyanın hücumu nəticəsində 2 ölü, 7 yaralı var
DÜNYA
07 May 2025 | 12:55

Zelenski: Rusiyanın hücumu nəticəsində 2 ölü, 7 yaralı var

Rusiyanın Ukraynaya gecə saatlarında hücumu nəticəsində 2 nəfər həlak olub, yeddi nəfər yaralanıb, onlardan dördü uşaqdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, ötən gecə Rusiya hərbçiləri Ukrayna ərazisinə 4 ballistik raket və 142 dron atıb.

"Bu vaxta qədər 7 yaralı barədə məlumat var, onlardan 4-ü uşaqdır. Təəssüf ki, həlak olanlar var – onlar bir qadın və onun oğludur", - V.Zelenski yazıb.

Qeyd olunub ki, mayın 6-sı axşam saatlarından Zaporojye, Donetsk, Jitomir, Xerson və Dnepr vilayətlərinə çoxlu sayda zərbələr endirilib.


SON XƏBƏRLƏR

07 May 2025