Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıdan Moskvaya yola düşüb.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
TASS agentliyi Vuçiçin təyyarəsinin yanacaq doldurmaq üçün Bakıya enməli olduğu haqqında məlumat yayıb.
***
16:20
Serbiya Prezidenti Aleksandr Vuçiçin Qələbə Günü bayramında iştirak etmək üçün Moskvaya uçduğu təyyarə hazırda Bakıdadır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, Rusiyanın hava məkanının bağlanması səbəbindən Vuçiçin təyyarəsi Moskvaya səfərini davam etdirə bilmir.