• Bakı 21° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Zelenskiyə sui-qəsd cəhdi olub
DÜNYA
23 Iyun 2025 | 19:00

Zelenskiyə sui-qəsd cəhdi olub

Polşa vətəndaşı Ukrayna prezidenti Volodimir Zelenskiyə sui-qəsd planlaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Polşanın daxili işlər və administrasiya naziri, ölkənin xüsusi xidmət orqanlarının koordinatoru Tomaş Semonyak sosial şəbəkədə yazıb.

"Ukrayna prezidentinə sui-qəsd cəhdinin qarşısının alınması ilə bağlı iş 2024-cü ilin aprelində baş verib və bu iş belə planları olan və Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəhd edən Polşa vətəndaşının saxlanması və həbsi ilə başa çatıb", - deyə Semonyak yazıb.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bu işlə bağlı materialları məhkəməyə təqdim ediblər. Eyni zamanda, Semonyak saxlanılan şəxsin Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmək niyyətini göstərən konkret sübut təqdim etməyib.


SON XƏBƏRLƏR