• Bakı 11° C

    3.61 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Azərbaycanda dəhşətli qəza - Ana və körpəsi öldü - YENİLƏNİB

HADİSƏ

23 Dekabr 2022 | 09:58

Azərbaycanda dəhşətli qəza - Ana və körpəsi öldü - YENİLƏNİB

Masallıda baş verən yol qəzasında ana və azyaşlı oğlu ölüb.

Bakıvaxtı.az xəbər verir ki, qəzada ölənlər Əminə Fərəcova və oğlu, 2022-ci il təvəllüdlü Aslan Fərəcovdur. Qəzada xəsarət alanlar "Kamaz"ın sürücüsü Rəşid Nəsirov və "Kia"nın sürücüsü Şəhriyar Fərəcovdur. /APA

 

 

09:37

Səhər saatlarında Masallı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki,  hadisə Ələt-Astara magistralında, Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Kamaz" və "Kia" markalı maşınların toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırma aparılır. /APA

 

09:26

Dekabrın 23-də saat 03:30 radələrində Ələt-Astara avtomobil yolunun Masallı rayonunun ərazisindən keçən 131-ci kilometrliyində Lənkəran rayon sakini Ş.Fərəcovun idarə etdiyi “Kia Sportage” markalı və Astara rayon sakini R.Nəsirovun idarə etdiyi “Kamaz” markalı yük avtomobilləri toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, nəticədə “Kia Sportage” markalı avtomobildəki sərnişinlər Ə.Fərəcova və azyaşlı oğlu A.Fərəczadə ölüb, sürücü Ş.Fərəcov isə bədən xəsarəti alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
 


SON XƏBƏRLƏR

04 Aprel 2026