• Bakı 26° C

    13.23 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Bakıda yenidən iki gün SU OLMAYACAQ

CƏMİYYƏT

19 Avqust 2024 | 08:59

Bakıda yenidən iki gün SU OLMAYACAQ

Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı Abşeron, Yasamal, Səbail, Nəsimi, Binəqədi, Nizami, Sabunçu, Xətai, Xəzər, Suraxanı, Pirallahı rayonlarına, Ramanı qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Bakıvaxtı.az-a daxil olan məlumata görə avqustun 19-u səhər başladılan təmir-bərpa işlərinin avqustun 20-si axşam saatlarında yekunlaşacağı planlaşdırılır.

Avqustun 21-dən suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl də Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı Bakının bəzi ərazilərinə su verilməsində bir neçə gün ərzində fasilə yaranmışdı.


SON XƏBƏRLƏR

01 Iyul 2025