• Bakı 25° C

    10.97 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər müəyyənləşdi

MEDİA

02 Iyul 2025 | 10:23

Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər müəyyənləşdi

Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə 3 (üç) iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İnsan Hüquqları komitəsinin dünən keçiriiən iclasında müzakirə edilmiş "Media haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra 7 (yeddi) iş günü ərzində Media Reyestrinə daxil edilmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidirlər.

    Azərbaycan Respublikasında xarici media subyektlərinin filial nümayəndəliklərinin bu tələbləri pozmaqla fəaliyyət göstərməsi, habelə Media Reyestrindən çıxarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin filial və nümayəndəliyin ləğvi üçün əsasdır. Nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında həmin filial və ya nümayəndəliyin internet informasiya ehtiyatına (veb-saytına) müraciət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dərhal məhdudlaşdırılacaq.

    Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərində çalışan jurnalistlər, həmçinin xarici jurnalistlər Media Reyestrinə daxil edilməyəcək.


    SON XƏBƏRLƏR

    02 Iyul 2025