• Bakı 18° C

    3.55 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Dünyanın işləmək üçün ən yaxşı 10 şəhəri açıqlandı

DÜNYA

25 Avqust 2023 | 12:00

Dünyanın işləmək üçün ən yaxşı 10 şəhəri açıqlandı

2023-cü ildə dünyada iş və həyat balansının ən yaxşı olduğu şəhərlər müəyyənləşib.

Bakıvaxtı.az “Forbes Advisor”a istinadlaxəbər verir ki, siyahıda birinci yeri Avropa ölkələri tutub.

10. Belfast – Şimali İrlandiya

Şimali İrlandiyanın paytaxtı Belfast Böyük Britaniyanın digər böyük şəhərləri ilə müqayisədə aşağı yaşayış və əmlak qiymətləri təklif edir. Şəhərdəki şirkətlər də yüksək məbləğdə analıq məzuniyyəti siyasəti təklif edirlər.

Bölgədə çoxlu böyük texnologiya şirkətləri var.

9. Edinburq - Şotlandiya

Edinburq iş-həyat balansına görə Böyük Britaniyanın ən yaxşı 10 şəhərlərindən biridir. Şotlandiyanın paytaxtı heyrətamiz təbii gözəlliklər təqdim edir. 28 günlük illik məzuniyyət siyasəti təklif edən şəhər sizə minimum 39 həftəlik ödənişli analıq məzuniyyəti hüququ verir.

8. Vyana – Avstriya

Avstriyanın paytaxtı Vyana geniş yaşıllıq sahələri, pulsuz sağlamlıq və təhsil imkanları ilə seçilən bir şəhərdir. Yaxşı iş və həyat tarazlığı təklif edən Vyanada işsizlik nisbəti yüzdə 2-3 qədər aşağıdır. İşçilər, adətən, orta hesabla beş həftəlik illik məzuniyyət ala bilərlər.

7. Reykjavik – İslandiya

İslandiya hökuməti iş-həyat balansına böyük əhəmiyyət verir. Paytaxtın bir çox şirkətlərində çevik iş saatları var. Bundan əlavə, iş elanlarının 46 faizi uzaqdan və ya hibrid şəkildə yerləşdirilir. İşçilərə təklif olunan xidmətlərdən biri də 24 gün istirahət və 12 bayram günüdür.

6. Göteborq- İsveç

Göteborqda işləmək tam yaşamaq və işçilərin rifah üzərində fokuslanmasını təmin etmək deməkdir. İşçilərinə 25 günlük illik məzuniyyət və çevik iş saatları təqdim edən şirkətlər açıq vakansiyaların 42 faizində uzaqdan və hibrid iş variantları təklif edirlər.

5. Oklend – Yeni Zellandiya

Oklend iş və həyat balansı indeksində ilk 10 şəhər arasında Avropadan kənarda yeganə şəhərdir. Yeni Zelandiyanın ən böyük şəhərində işçilər həftədə orta hesabla 26,3 saat iş və dörd həftəlik ödənişli məzuniyyət, ildə 11 dövlət bayramı hüququna malikdirlər.

Oklandın artan iqtisadiyyatı aşağı işsizlik nisbəti (3,2 faiz) ilə bir çox sektorlarda geniş məşğulluq imkanları təklif edir.

4. Oslo – Norveç

Bahalı şəhər olmasına baxmayaraq, Oslonun yüksək həyat standartları və maaşları şəhəri yaşana bilən edir. Bir çox şirkətlər Osloda çevik iş saatları təklif edir. İşçilər öz işlərini və şəxsi cədvəllərini istədikləri kimi idarə edə bilərlər.

3. Stokholm – İsveç

Stokholmda tam ştatlı işçilər ən azı 25 gün illik məzuniyyət alırlar. Çevik iş şəraiti olan iş yerlərinin yarısı demək olar ki, hibrid və uzaqdan işləmə variantlarını tanıyır. Üstəlik, işəgötürənlər yaxşı valideyn məzuniyyəti siyasəti təklif edirlər. Valideynlərə 480 günə qədər ödənişli məzuniyyət verən şirkətlər, demək olar ki, hər valideynə ildə 240 gün verir.

2. Helsinki – Finlandiya

Helsinki Finlandiyanın Dünya Xoşbəxtlik İndeksində ən yaxşı şəhərlərdən biridir. Cəmiyyətə və sağlam həyat tərzinə verdiyi önəm sayəsində iş və həyat balansı indeksində ikinci yerdədir. Helsinkidəki şirkətlər Finlandiyanın sosial siyasətlərinə uyğun olaraq valideyn məzuniyyəti, beş həftəyə qədər illik məzuniyyət və uzaqdan iş variantları daxil olmaqla cəmi 320 iş günü təklif edir.

1. Kopenhangen - Danimarka

Kopenhagen ən yaxşı iş və həyat balansına malik şəhərlər arasında birinci yerdədir. Təəccüblü deyil ki, bu nəticə Danimarkanın dünyanın ikinci ən xoşbəxt şəhəri və Gender Bərabərsizliyi İndeksində birinci yerdə olmasından irəli gəlir.

Danimarka hər iki valideynə ayrıca çevik iş saatları, ən azı beş həftəlik illik məzuniyyət, aşağı işsizlik səviyyəsi və 52 həftəlik valideyn məzuniyyəti təklif edir.

Ay Tac


SON XƏBƏRLƏR

04 May 2025