• Bakı 18° C

    3.55 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Mart gəldi, dərd gəldi?!

CƏMİYYƏT

04 Mart 2022 | 10:24

Mart gəldi, dərd gəldi?!

Mart bayramlarla, tətil günləri ilə zəngin olsa da, tez-tez eşitdiyimiz bir ifadə var: “Mart gəldi, dərd gəldi”. Xüsusən də yaşlı nəsil bu ifadəni daha çox işlədir və sanki mart ayında bütün dərdlərin ayağa qalxdığını bildirirlər. Bəs bu ifadənin manası, yaranma səbəbi nədir?

Filologiya üzrə fəlsəfə doktoru, folklorşünas Şakir Albalıyev Bakıvaxtı.az-a bildirib ki, el arasında “Mart gəldi, dərd gəldi” və yaxud “Mart çıxdı, dərd çıxdı” kimi deyimlər mövcuddur: “Bu deyimlər müxtəlif cür məna ifadə edə bilər. Bu deyimlər tam aforizm halında olmadığı üçün birbaşa mənasına hökm vermək olmur”.

Onun sözlərinə görə, ancaq burda birinci məqam ondam ibarətdir ki, poetik ifadədir. “Mart” və “dərd” sözləri bir-biri ilə həmqafiyədir. Onsuz da, atalar sözləri və deyimlərdə bir ahəngdarlıq var. Bu da ona xidmət edən ifadədir.

Alimə görə, məsələnin məğzi, alt qatında dayanan məna ondan ibarətdir ki, insanlar qışın çiləsindən çıxırlar: “Ondan sonra Novruz bayramının gəlişinə qədər müddəti boz ay əhatə edir. Bu ərəfə ərzağın tükəndiyi dövrdür. Boz ay deyilməsinin səbəbi sifətinin bilinməməsidir. Mart ayı gah soyuq, gah da isti olur. Məsələn, belə bir ifadə var: Mart gözünə barmağım, Yaza çıxdı oğlağım. Yəni, mart ayı oğlağı, qoyunu, quzunu soyuqdan öldürə bilən aydır. Ona görə də, deyirlər ki, “mart gəldi, dərd gəldi”, “mart çıxdı, dərd çıxdı””.

Ş.Albalıyev onu da deyib ki, bəzən xalqımız ehtiyat əlaməti olaraq hətta aprelin 15-də belə yazın tam gəlmədiyini deyir. Yəni, qəfldən soyuq onları yaxalaya, mal-qaranı, əkin-biçini məhv edə bilər. Bu səbəbdən mart ayını dərd ayı kimi qəbul edirlər.

Aytac Aslan


SON XƏBƏRLƏR

04 May 2025