• Bakı 24° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

1 milyon əfqan uşaq ölə bilər - UNİSEF

DÜNYA

23 Avqust 2021 | 19:18

1 milyon əfqan uşaq ölə bilər - UNİSEF

Təxminən 1 milyon əfqanıstanlı uşağın düzgün qidalanmaması səbəbindən həyatı təhlükə altındadır və müalicə olunmasalar, ölə bilərlər.

Bakıvaxtı.az axar.az istinadən xəbər verir ki, bu barədə UNİSEF-in icraçı direktoru Henritta For məlumat verib.

“Şiddətli quraqlıq və su çatışmazlığı, koronavirus epidemiyasının dağıdıcı sosial-iqtisadi nəticələri və yaxınlaşan qış səbəbi ilə önümüzdəki aylarda uşaqların və qadınların humanitar ehtiyacları artacaq”,- For deyib.

Onun sözlərinə görə, 2,2 milyonu qız olan təxminən 4,2 milyon əfqan uşağı təhsilini davam etdirə bilməyəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR