• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İngilislər: Azərbaycan rəsmilərinə xaker hücumları edilir

DÜNYA

22 Sentyabr 2021 | 16:15

İngilislər: Azərbaycan rəsmilərinə xaker hücumları edilir

İngiltərənin informasiya təhlükəsizliyi şirkəti "Cyjax" Azərbaycan, Rusiya və digər qonşu dövlətlərdə hökumət rəsmilərinə qarşı genişmiqyaslı kiberhücumunu aşkar edib. Bu barədə şirkətin hesabatında deyilir.

Bakıvaxtı.az xəbər verir ki, fişinq hücumuna məruz qalan Rusiya strukturları arasında Rusiya Elmlər Akademiyası (RAS), Mail.ru poçt xidməti və adı açıqlanmayan məmurlar var. Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Türkmənistan və digər ölkələrin dövlət qurumlarının əməkdaşları da zərər çəkib.

Cinayətkarlar e -poçt girişlərini simulyasiya edən, hesablardan istifadəçi adları və şifrələr alan veb saytlar yaradırlar. Onlar bunu gələcəkdə həmin qurumlara hücum təşkil etmək və ya qara bazarda satmaq üçün edirlər.

"Cyjax" mütəxəssisləri bu cür saytların 2020-ci ilin yazında yaranmağa başladığını, hazırda 50-yə yaxın olduğunu bildiriblər. Hazırda 15-i aktivdir, müxtəlif ölkələrin energetika, xarici işlər, maliyyə nazirliklərinin işçiləri üçün e-poçt daxil olmaqlarını simulyasiya edirlər.

Tərcümə şöbəsi

Bakıvaxtı.az

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026