• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“İlham Əliyev Qarabağ məsələsində müdriklik nümayiş etdirdi” - Putin

DÜNYA

22 Oktyabr 2021 | 00:03

“İlham Əliyev Qarabağ məsələsində müdriklik nümayiş etdirdi” - Putin

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bütün çətinliklərə baxmayaraq Qarabağda qan tökülməsini dayandırmaq qərarına gəldikdə siyasi müdriklik nümayiş etdirdilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Valday” beynəlxalq klubunun iclasında çıxışında bildirib.

"Birincisi, həm Azərbaycan Prezidentinin (İlham Əliyevin-red), həm də Ermənistanın Baş nazirinin siyasi müdrikliyinə hörmətlə yanaşmalıyam. Yenə də hadisələrin bütün faciələrinə baxmayaraq, onlar bir anlıq siyasi vəziyyətdən yuxarı qalxmağı və çox məsuliyyətli qərar qəbul etməyi bacardılar", - deyə Putin vurğulayıb.

"Yenə də Prezident Əliyev və baş nazir Paşinyan qan tökülməsinin qarşısını ala bildilər", - Rusiya lideri qeyd edib.

"Azərbaycan Naxçıvanla normal əlaqə qurmaqda, eləcə də kommunikasiyaların açılmasında maraqlıdır, bu, Ermənistanın qarşısında duran ən vacib vəzifələrdən biridir – regionda effektiv iqtisadi həyat qurmaq, qarşılıqlı əlaqə yaratmaq, o cümlədən gələcəkdə Azərbaycanla münasibətlərin qurulmasında, Ermənistan Türkiyə ilə dondurulmuş münasibətlərin açılmasında prinsipcə maraqlıdır”- Rusiya Federasiyasının Prezidenti bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026